Eurovision ərəfəsində “Mənim Azərbaycanım” foto-müsabiqəsini 0,532 milyon facebook istifadəçisi ziyarət etdi. Facebook.com social şəbəkədə GoMap.az milli onlayn naviqatoru tərəfindən keçirilən müsabiqə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənmişdir. Fotomüsabiqənin keçirilməsində məqsəd Eurovision ərəfəsində Azərbaycanı beynəlxalq aləmdə tanıtmaqdır.
Müsabiqədə 87 iştirakçı tərəfindən təqdim olunmuş 255 ədəd fotoşəkil iştirak etmişdir. Bu fotoşəkillərə 34 672 rəy yazılıb və şəkillər ətrafında maraqlı müzakirələr aparılmışdır. Cəmi müsabiqə nəticəsində 532 611 nəfər şəbəkə istifadəçisi fotomüsabiqənin səhifəsini ziyarət etmişdir.
Qeyd etmək lazımdır ki, təqdim olunmuş fotoşəkillər arasında çox maraqlı və düşündürən şəkillərə rast gəlinir. Yaxın günlərdə Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə “Mənim Azərbaycanım” müsabiqəsinin qaliblərinin Təntənəli mükafatlandırma mərasimi keçiriləcəkdir.