Ulduz futbolçu Soma faciəsində ölənlərin ailələrinə 1 milyon avro verəcək - Foto
16.5.2014

Droqbadan örnək hərəkət: Soma faciəsi üçün 1 milyon avro ayırdı.

Türkiyə mətbuatına istinadən verilən xəbərə görə, “Qalatasaray”ın Fildişi Sahilli futbolçusu Didye Droqba Manisanın Soma qəsəbəsində baş verən mədən faciəsində dünyasını dəyişənlərin ailələrinə başsağlığı verib.

Ulduz futbolçu “İnstaqram”da paylaşdığı Somaya aid fotonun altından “bütün işçilərin ailəsinə başsağlığı və səbir diləyirəm. Başımız sağ olsun” mesajını yazıb.

Məlumata görə, Droqba bununla kifayətlənmərək faciə qurbanlarının ailələrinə 1 milyon avro bağışlayacaq. Daha öncə də bir çox xeyriyyə yardımları edən futbolçu bu hərəkəti ilə hər kəsin xüsusi rəğbətini də qazanıb.

Qeyd edək ki, 2 ildir Türkiyədə futbol oynayan 36 yaşlı futbolçunun bu yay “Qalatasaray”la müqaviləsi bitir.

Gün.Az