Qoç - müsbət təmayüllərin təsiri güclənəcək. Gün
münasib, uğurludur. Peşəkar fəaliyyətinizlə bağlı çoxdankı problemlərdən
birini həll etmək, irəliyə doğru hərəkətinizə mane olan sədləri aradan
qaldırmaq imkanları yaranır. İndiyədək bir neçə dəfə məhsuldar
əməkdaşlıq etdiyiniz insan sizə yeni, maraqlı iş təklif edəcək.
Günün
ikinci yarısında bilik və bacarıqlarınızı nümayiş etdirməkdən
çəkinməyin. Sevdiyiniz insanla münasibətlərdə problemlər yarana bilər.
Onlar qısqanclıqdan qaynaqlanır.
Yaşam potensialının səviyyəsi yüksəkdir. Özünüzü yaxşı hiss edəcəksiniz.
Buğa
- ünsiyyət üçün yaxşı gündür. İşgüzar təmaslar və şəxsi münasibətlərlə
bağlı görüşlər pis keçməyəcək. İndiyədək dil tapmaqda çətinlik
çəkdiyiniz insanla qarşılıqlı anlaşmaya nail olacaqsınız. Yaxınlarınız
üçün hədiyyə almaq, sevdiyiniz insana sürpriz hazırlamaq olar.
Günün ikinci yarısında başqalarının istəklərini pis yerinə yetirməyəcəksiniz.
Adi,
cari işlər darıxdırıcı təsir bağışlaya bilər. Yaradıcılıq
potensialınızı aşkarlayacaq məşğuliyyət tapın. İşdə rəhbərlik
səylərinizi dəyərləndirəcək. Vəzifənin böyüməsi və ya maaşın artması
istisna deyil.
Əkizlər - asan
olmasa da, yaranan problemləri həll edəcəksiniz. Dostlar sizə yardım
edəcəklər. İşgüzar və dostluq münasibətlərinin bərpası üçün əlverişli
gündür. Analşılmazlıq, situasiyanın uğursuz axarı nəticəsində kəsilmiş
əlaqələri bərpa edin.
Köçə hazırlaşmaq, mebel, interyer əşyaları almaq üçün münasib zamandır.
Günün ikinci yarısında bəzi detallar sizi sevindirəcək.
Planlarınız
barədə ailə üzvləri və ya yaxınlarınıza məlumat verin. Sizi narahat
edən məsələni inandığınız insanlarla müzakirə edin.
Axşam saatlarına yaxın səhhətinizdə kiçik problemlər yarana bilər. Bir qədər sonra hər şey yaxşı olacaq.
Xərçəng
- çətin, mürəkkəb, qarışıq gündür. İşdə ciddi problemlərlə qarşılaşa
bilərsiniz. Bu səbəbdən bəzi planları dəyişmək, perspektiv saydığınız
ideyaların gerçəkləşdirilməsini təxirə salmalı olacaqsınız.
Həmkarlarla fikr ayrılıqları, ağır münaqişə istisna deyil. Bundan sonra birlikdə işləmək çox çətinləşəcək.
Günün
ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri
güclənəcək. Yaxınlarınızla təmaslarda həssas olun. Dostlarla görüş,
romantik mükalimə xoş təəssürat yaradacaq.
Alış-veriş etmək olar. Çox pul xərcləməyin.
Şir -
yeni işlərə başlamaq olar. Bununla belə, etibar etdiyiniz insanlardan
dəstək almağı unutmayın. Əvvəlki iş yerinizdəki həmkarlarınız, çoxdankı
işgüzar tərəfdaşlarınız yardım edə bilərlər. Köhnə əlaqələrin bərpası
üçün yaxşı gündür. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə sayıq və
ehtiyatlı davranın. Təxribatlara uymayın, aqressiv davranışa sərt
reaksiya verməyin.
Müdrik, hiyləgər olun.
Günün
ikinci yarısı dəvət aldığınız tədbirə yollanın. Maraqlı tanışlıqlar
istsina deyil. İlkin təəssürata aldanmayın, hisslərin əsiri olmayın.
Qız -
müsbət təmayüllərin təsiri artır. Dünənədək həlli çox ağır, hətta
mümkünsüz təsir bağışlayan problemləri həll edəcəksiniz. Qarşınıza
qoyduğunuz məqsədə aparan yolda maneələr kiçikdir. İşdə rəhbərliklə
münasibətləri tam normal edin. Yeni tərəfdaşlıq və ya maraqlı
əməkdaşlıq, cazibədar işgüzar təkliflər alınması istisna deyil.
Günün ikinci yarısı alış-veriş, anlaşma, sövdələşmələr üçün əlverişlidir. Maliyyə məsələləri ilə bağlı yanlış qərarlar verməyin.
Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq. Səfər və ya səyahətə yollana bilərsiniz.
Axşam saatlarında tək qalmağa çalışın.
Tərəzi
- qətiyyət, inad və fəndgirlik istənilən çətinliyi dəf etməyə imkan
verəcək. Yaranan problemlər qarşısında geri çəkilməyin. Bütün işlər
dərhal alınmasa da, ruhdan düşməyin, bədbinliyə qapılmayın.
Ətrafınızdakı insanlar sizə pozitiv emosiyalar bəxş edəcəklər.
Günün
ikinci yarısında maliyyə ilə bağlı maraqlı ideyalar yaranacaq. Sərfəli
anlaşma və ya sifarişə nail olaraq yaxşı gəlir əldə edə bilərsiniz.
Axşam saatları işgüzar və şəxsi görüşlər üçün əlverişlidir, Yeni tanışlıqlar xoş və faydalı olacaq.
Əqrəb
- yolunuzda yaranan maneələr ciddi və önəmli deyil. Onları dəf etmək
asandır. Təcrübənizə, yaşam bilgilərinizə əsaslanaraq davranın.
Başqalarının
səhvlərindən nəticə çıxarın. Ağır fəsadlar yarada biləcək yanlışlıqlara
yol verməyin. Həyəcana və təlaşa rəvac verən avantüralara qatılmayın.
Günün
ikinci yarısı maliyyə baxımından əlverişlidir. Gəlirlər əhəmiyyətli ola
bilər. Yaxınlarınızdan birindən dəyərli hədiyyə alacaqsınız.
Sevdiyiniz insan sizi qəfil etiraf və qayğı ilə sevindirəcək.
Oxatan
- daha bir ağır, çətin, mürəkkəb gündür. Yenidən gündəmə gələn köhnə
problemlər təcili və təxirəsalınmaz həll tələb edir. Vaxt az, işlər
çoxdur. Maliyyə itkiləri, uğursuz sövdələşmə və ya anlaşmalar istisna
deyil.
Bədxərclik etməyin, pullarınızın qədrini bilin.
Günün
ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətlərinizə fikir
verin. Mövcud əlaqələri möhkəmləndirmək, ixtilaflara və fikir
ayrılıqlarına son qoymaq olar. Bunun üçün səy göstərmək lazımdır.
Axşam saatlarında yaşam potensialının səviyyəsi yüksəkdir. Əhvalınız yaxşı olacaq.
Oğlaq
- yeni imkanlar və ya böyük, xoş sürprizlərə sevinməyəcəksiniz. Bununla
belə, ciddi problemlər də yaranmayacaq. Hadisələr gözləntilərinizə
uyğun məcrada inkişaf edəcək. Əvvəlcədən hazırladığınız planların
reallaşdırılması istiqamətində maneələr olmayacaq.
Kiçik səfərlərə yollanmaq olar. Amma səyahət və ya ezamiyyət üçün əlverişli zaman deyil.
Günün
ikinci yarısında yaxınlarınızla, ailə üzvlərinizlə sıx ünsiyyətdə olun.
Problemlərinizlə baş-başa qalaraq xoşagəlməz fikirlərə dalmayın.
Sevdiyiniz insanlar yanınızda olarsa, bədbin əhvalın öhdəsindən
gələcəksiniz.
Dolça - işgüzar
fəaliyyətin səviyyəsi aşağı olacaq. Peşəkar fəaliyyət müstəvisində
yaranan problemlərin həllini ertələməyin. Önəmli işlərin yerinə
yetirilməsini başqalarına həvalə etməyin. Müstəqil işləmək gərəkdir.
Yaxud da yardımçılarla köməkçiləri əsla diqqətdən kənarda saxlamayın.
Günün ikinci yarısında uğur əldə edəcəksiniz.
Səhiyyə və sağlamlıq prosedurları keçirmək olar. Yaxşı görünmək üçün əvvəlki günlərdən fərqli olaraq daha çox çalışmaq gərəkdir.
Kiçik maliyyə itkiləri istisna deyil.
Balıqlar -
çox iş görməli olacaqsınız. Fəaliyyətə başlamazdan əvvəl plan
hazırlayın. Ən xırda detalları və kiçik nüansları nəzərə alın. İstənilən
formatdakı işgüzar danışıqlara yaxşı hazırlaşın. İmkan varsa, sizə
çətin anlarda dəstək ola biləcək insanı yanınızda aparın. O, ağır
situasiya yaranarkən çıxış yolu tapa bilər.
Günün ikinci
yarısında yaşam potensialının səviyyəsi yüksəkdir. Axşam saatlarını
aktiv keçirin. Yeni tanışlıqlar üçün pis zaman deyil. Amma istəsəniz,
evdə qala bilərsiniz.
Milli.Az