AMEA Hüseyn Cavidin Ev Muzeyində 18 may "Açıq qapı" günü keçirilmişdir - FOTO
19.5.2014

AMEA Hüseyn Cavidin Ev Muzeyində hər il olduğu kimi bu il də 18 may Beynəlxalq Muzeylər Günü münasibətilə "Açıq qapı" günü keçirilmişdir.

Ötən ildən fərqli olaraq bu il AMEA Hüseyn Cavidin Ev Muzeyi Beynəlxalq Muzeylər Şurasının (İCOM) xəttilə “Muzey kolleksiyaları ünsiyyət yaradır” mövzusunda keçrilən "Avropa Muzeylər Gecəsi" tədbirində iştirak etmişdir.

Beynəlxalq Muzeylər Günü münasibətlə Hüseyn Cavidin Ev Muzeyini gün ərzində 250-dən çox tamaşaçı ziyarət etmiş və onlara muzeyin bələdçiləri tərəfindən H.Cavidin həyat və yaradıclığı, eləcə də muzeyin ekspozisiyası haqqında ətraflı məlumat verilmişdir.

huseyncavid.com