Xəbər verdiyimiz kimi, dünya şöhrətli “Qolos” layihəsinin Ukrayna versiyasında azərbaycanlı Vaqif Nağıyev iştirak edir.
18 yaşlı azərbaycanlı müğənni Müslüm Maqomayevin “Mavi əbədiyyət” mahnısını ifa edərkən bütün münsiflər – Sergey Lazerev, Ani Lorak, Tamara Qvartiseli və Svyatoslav Vakarçuk onun səsinə səs veriblər.
Vaqif Nağıyev Tamara Qvartisellinin komandasında iştirakını davam etdirməyə qərar verib. Bir müddət öncə ifaçı vokal “döyüşündə” və “nokaut”da qalib gəlib. Birbaşa efirlər mərhələsini keçən müğənninin may ayının 18-də taleyi həll olunub. Vaqif Nağıyev “Qara gözlər” romansını ifa edib.
“Çox gözəl – həm aktyor, həm vokal. Qınamalı heç nə yoxdur”, - Vaqif Nağıyevin çıxışını Sergey Lazerev belə şərh edib. İfaçının çıxışını Ani Lorak da bəyənib:
“Heç bilmirəm nə deyim, bəllidir ki, səhnədə, ruhu ilə ifa edən əsl aktyor dayanıb”.
Svyatoslav Vakarçuk bəyan edib ki, ondan daha çox şey gözləyirdi, amma çıxış güclü idi:
“Çıxış gözəl idi, heyran olmuşam, hisslərimi gizlədə bilmirəm”, - T.Qvartiselli.
Səsvermədə birinci Mixaylo Mirka olsa da, ona verilən haqdan istifadə edərək o, Vaqifi şouda saxladı. Nəticədə azərbaycanlı iştirakçı “Qolos krayni” müsabiqəasinin növbəti mərhələsinə keçərək qələbəyə bir addım da yaxınlaşdı.
VİDEO
Oxu.az