Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nı təsdiqləyib
20.7.2011

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haqqında sərəncam imzalayıb. Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Mədəniyyət və Turizm Nazirliyi müəyyən edilib.
Azərbaycan Nazirlər Kabinetinə nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək və sərəncamdan irəli gələn digər məsələlərin həlli tapşırılıb.