Argentinada paleontoloq-alimlərin apardığı qazıntı zamanı dünyada ən nəhəng dinozavrının skeleti aşkarlanıb.
Bu qalıqlar titanozavr qrupuna daxildir. Otyeyən bu nəhənglərin təbaşir dövrünə aid olduğu bildirilib.
Alimlərin hesablamasına əsasən, titanozavrın uzunluğu 40 metr, hündürlüyü isə 20 metr olub. Onun çəkisi 77 ton imiş. Bu isə 14 Afrika filinin çəkisinə bərabər sayılır. Bundan əvvəl aşkarlanan argentinozavrın çəkisi 70 ton olub.
Dinozavrın sümüklərini yerli fermer aşkar edib və Buenos-Ayres Paleontologiya Universitetinə müraciət edib. Hadisə yerinə gedən alimlər qrupu orada yaxşı vəziyyətdə qalmış 150-yə yaxın daşlaşmış sümük aşkar edib.
Yeni dinozavra hələlik ad verilməyib.
VİDEO
ANS PRESS