Türkiyədə bu mövsüm üçün xarakterik olmayan qeyri-adi təbiət hadisəsi baş verib. Çorum vilayətində yağan yağış 2 saat sonra doluya çevrilib.
Dolu nəticəsində Çorum – Alacakara magistral yolunun 30 – 35-ci kilometrliyində yol kəsilib. Magistral yolda 2 tərəfli olaraq avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Sürücülərin xəbər verməsi ilə Magistral yol bölgə idarəsinin əməkdaşları
yolu təmizləyərək avtomobillərin hərəkətini bərpa ediblər.
Məlumata görə, 0.30 saatlıq hərəkətsizlik nəticəsində magistral yolda böyük tıxac yaranıb.

ANS PRESS