Qədim dövr memarlığının ən önəmli abidələrindən hesab olunan və Roma şəhərində hər il milyonlarla turistin ziyarət etdiyi Kolizeyin bərpasına 20 milyon avrodan artıq vəsait ayrılmışdır.
Uzun müddət dağılmaq təhlükəsi altında olan və əsrlərin izlərini özündə daşıyan bu məkan antik dövr arxitekturasının mühüm tərkib hissəsidir. Bu baxımdan abidənin bərpası xüsusi əhəmiyyət kəsb edir.
2010-cu ilin mayında başlanılan bərpa işləri hazırda davam etməkdədir. Restavrasiyadan sonra turistlər Kolizeyin ərazisinin 25 faiz daha çox hissəsini görmək imkanı əldə edəcəklər.
AzərTAc