Fransadakı Lyon Universitetinin bir qrup alimi, antik Misirdə insanların necə qidalandıqları ilə bağlı araşdırma edib. B.E.Ə 3500-B.E 600-cü illəri arasında yaşayan 45 mumiya üzərində araşdırma edən qrup, qədim Misirdə insanların qabiliyyətli fermerlər olduqlarını; bol arpa, buğda, tərəvəz və meyvə istehlak etdiklərini ortaya çıxarıb. Bunlarla yanaşı sarımsaq, badımcan, armud, mərcimək istehlak etdiklərini söyləyən Fransız qrup, antik Misirdəki qidaların 10 faizini toxumların meydana gətirdiyini söyləyib. Araşdırma rəhbəri Aleksandra Touzeau mumiyaların saç, sümük və diş nümunələrini araşdıraraq antik Misirin qidalanma formalarını anlaya bildiklərini, məlumatların qədim Misirlilərin vegetarian olduğunu göstərdiyini söyləyib.
movqe.az