Qoç - günün ilk yarısında xırdalıqlara və
detallara xüsusi diqqət yetirin. Pedantizm səviyyəsində səliqəli olun.
Mühüm sənədləri imzalamağa hazırlaşırısınızsa, həmin sənədləri diqqətlə
oxuyun. Suallar yaranarsa, mütəxəssislə məsləhətləşməyi unutmayın.
Səfərə və ya səyahətə yollanmazdan əvvəl gərəkli hər şeyin hazır olduğuna nəzarət edin.
Günün
ikinci yarısında naqolay vəziyyətə düşməmək üçün sərvaxt davranın.
Axşam saatlarını şən keçirin. Dostlar və tanışlarla birlikdə olun.
Buğa
- işlərin öhdəsindən gəlsəniz də, daha ciddi uğurlara can atırsınız.
Yaxın ətrafınızdakı insanların xəbərdarlıq və tövsiyələrini qulaqardına
vurmayın. Çoxlarının bacarmadığı işə başlaya bilərsiniz.
Ambisiyalarınıza hakim olun, emosiyalarınızı cilovlayın. Nüfuzlu,
hadisələrə təsir imkanlarına malik insanlarda özünüzlə bağlı xoş
təəssürat yaratmağa çalışın. Öz imkanlarını dürüst dəyərləndirə bilən
insanlarla çalışmaq xoşdur.
Günün ikinci yarısına qəfil
işgüzar təklif ala bilərsiniz. Şəxsi həyatınızda dəyişikliklər başlana
bilər. İntuisiyanıza güvənin, lazım olanda "yox" deməyi bacarın. Yaşam
potensialınızın səviyyəsi yüksək olduğundan səhhətinizdə problemlər
yaranmayacaq.
Əkizlər -
diqqətsiz, ehtiyatsız, hərdəmxəyal davranmayın. Belə olarsa, uğurlar
əldə edəcək, səhvlərə yol verməyəcəksiniz. İşdə rəhbərliklə dil tapa
bilərsiniz. Nüfuzlu insanlardan biri sizi diqqətlə müşahidə edir. Bu
yaxınlara qədər sizinlə bağlı kritik mövqe tutmuş insan işinizlə
maraqlanacaq.
Günün ikinci yarısı anlaşmalar və sövdələşmələr
üçün münasibdir. Maliyyə problemlərinin öhdəsindən çətinlik çəkmədən
gələcəksiniz. Şəxsi münasibətlərdə də irəliləyişlər olacaq. Hadisələrin
axarına süni təkan verməyin. Müdaxilələrə lüzum yoxdur.
Xərçəng
- işgüzar görüşlər üçün əlverişli zamandır. Danışıqlar və müzakirələr
pis keçməyəcək. Yaxın ətrafınızdakı insanların bir neçəsini işinizə,
layihənizə dəvət edə bilərsiniz. Yeni məhsuldar əməkdaşlıq gəlir
gətirməklə yanaşı, bilik və təcrübənizi də artıracaq.
Gəlirlər kiçik məbləğdə olsa da, mütəmadidir.
Günün
ikinci yarısında yaşam tonusunuzun səviyyəsi aşağı düşəcək. Adi
günlərdən fərqli olaraq daha tez yorulacaqsınız. Xroniki ağrıların
kəskinləşməsi, ürək-damar sistemində kiçik problemlər ola bilər.
Özünüzü qoruyun və unutmayın ki, su da çox içiləndə zərər verir.
Sağlıq durumunuzla bağlı ciddi problemlər olmayacaq.
Şir -
həddən artıq səbrsiz olmayın. Tələsik davransanız, adi günlərlə
müqayisədə daha çox səhvlər edəcəksiniz. Bədxahlar sizi təxribata çəkir,
səhvləri sıralamağınıza nail olmağa çalışırlar. Ehtiyatlı və sərvaxt
olun, mənfi təmayüllərin təsirinə düşməyin.
Günün ikinci
yarısında yaxınlarınız sizi sevindirməyə çalışacaq, xoş sürprizlər
edəcəklər. Minnətdarlıq etmək istəsəniz, hisslərinizi cilovlamayın.
Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Qız -
günün ilk yarısında mənasız və məntiqsiz vurnuxmalar çox olacaq.
Yaşananlar sizi qıcıqlandıra bilər. Baş verənləri nizamlamağa
çalışsanız, uğursuzluğa düçar olacaqsınız. İşdə rəhbərliklə fikir
ayrılıqları olacaq.
Tərəfdaş və ya şəriklə birgə işə uzun müddətdən bəri davam edən anlaşılmazlıq maneələr yarada bilər.
Günün
ikinci yarısı nisbətən sakit və rahat keçəcək. İşgüzar görüşlər, şəxsi
münasibətlər müstəvisindəki problemlərin həlli üçün münasib zamandır.
Danışıqlar aparmaq, mühüm məsələləri müzakirə etmək olar. Alış-verişdə
bədxərclik etməyin. Qənaətli davranın.
Tərəzi -
var qüvvənizlə çalışıb qan-tər içində işləsəniz də, yaxın ətrafınızdakı
insanlar sanki bunları görmürlər. Onlar sizə yeni xahiş, sifariş,
tapşırıq və təvəqqelərlə üz tuturlar. Çoxsaylı suallara cavab vermək,
başqalarının səhvlərinin fəsadlarını aradan qaldırmaq məcburiyyətində
qalacaqsınız. Bütün bunlar çox usandırıcıdır.
Günün ikinci
yarısında yaşam potensialınızın səviyyəsi yüksəkdir. Ciddi yorğunluq və
usanma olmayacaq. Yeni romantik macəra olmayacaq. Az sonra ciddi forma
alacaq yeni münasibətlər istisna deyil.
Əqrəb
- adi günlərdən fərqli olaraq düşünülməmiş qərarlar verməyin. Mənasız,
heç bir zərurət duyulmayan riskə ehtiyac yoxdur. İtkilər olacaq. Amma
onlar pərişanlıq yaradacaq səviyyədə ciddi deyillər.
Günün ikinci yarısında maraqlı ideyalardan birinin reallaşdırılması maliyyə durumunuzu yaxşılaşdıra bilər.
Yaxınlarınızla
münasibətlərinizdə fikir ayrılıqları yaransa da, ciddi qarşıdurmaya
imkan verməyin. Təklif etdiyiniz kompromiss variant tərəfləri razı
salacaq.
Şəxsi münasibətlərdə təşəbbüskar olun. Yeni, uzunmüddətli romantik münasibətlərin yaranma ehtimalı azdır.
Oxatan
- peşəkar fəaliyyət müstəvisində uğurlara nail ola bilərsiniz. Yaxın
ətrafınızdakı insanlarla dil tapın. İşin təfərrüatlarını anlamayan,
savadsız insanlarla belə, münaqişə etməyin.
Alış-veriş etmək, pulu biznesə yatırmaq olar. Uzaqdan gəlmiş insanla görüş məhsuldar olacaq.
Günün
ikinci yarısında maraqlı təkliflər alacaqsınız. Lakin bir qədər tək
qalın, qüvvələrinizi bərpa edin. Maraqlı kitab, yaxşı film və ya yorucu
olmayan məşğuliyyət axşam saatları üçün seçim ola bilər.
Oğlaq -
gerçəkdən də, mühüm işlərlə məşğul olaraq ikinci dərəcəli məsələləri
təxirə salsanız, uğurlara nail olacaqsınız. Mənasız məqamlara fikir
verib vaxt ayırsanız, qarşınıza qoyduğunuz məqsədlərə çatmayacaqsınız.
Aktiv olun, planlaşdırılandan da artıq sonuclara nail olun.
Nüfuzlu insanın tapşırığını yerinə yetirsəniz, o da borclu qalmaz.
Günün
ikinci yarısında yeni tanışlıqlar olacaq. Amma onların yaşamınızdakı
yerini olduğundan artıq dəyərləndirməyin. Yeni münasibətlərə başlamaq
üçün əlverişli gün olmadığını intuitiv anlayın.
Sevdiyiniz insanla təmaslarda həssas və qayğıkeş olun. Ani problemlər münasibətləri korlamasın.
Dolça
- yaxın gələcəklə bağlı planlarınızı müəyyənləşdirin. Hadisələrin
bundan sonrakı axarının asılı olacağı müstəqil qərar qəbul edərək
olaylara təsir edə bilərsiniz. Maraqlı işgüzar təklif istisna deyil. İş
yerini dəyişmək, yeni vəzifədə və ya yerdə çalışmağa başlamaq üçün
əlverişli zamandır.
Günün ikinci yarısında rəğbət
bəslədiyiniz insanda özünüzlə bağlı xoş fikirlər oyada bilərsiniz. Yeni
tanışlar sizi bəyənəcəklər. Təşəbbüsləriniz dəstəklənəcək.
Nə qədər paradoksal olsa da, sizə nümayişkaranə şəkildə laqeyd yanaşan insanlarla əməkdaşlıq daha maraqlı alınacaq.
Balıqlar
- günün ilk saatlarından etibarən yorulmayın. Yorğunluq hissi sizə güc
gələrsə, hətta ən adi, rutin işlər belə yorucu, usandırıcı təsir
bağışlayacaq. Problem yaşam tonusunuzun zəifləməsindədir. Fiziki işlə
məşğul olun, gəzintiyə çıxın. Güclü təsirə malik energetik içkilərdən
imtina edin.
Günün ikinci yarısı səfər və ya səyahət üçün pis
zaman deyil. Amma yola tək çıxmayın. Sadiq dostlar və ya sevdiyiniz
insan yanınızda olsun. Romantik tanışlıq ehtimalı azdır. Məhsuldar
işgüzar tərəfdaşlıq şansı yüksəkdir.
Milli.Az