Bakıda daha bir yol təmirə bağlanıb
20.5.2014

Dünən saat 23:00-da Həsən Əliyev küçəsinin Şəmsi Rəhimov küçəsi ilə kəsişmədən Azadlıq prospekti ilə kəsişməsinədək bağlanan hissəsində təmir işlərinə start verilib.

Bu barədə Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

O bildirib ki, təmir işləri çərçivəsində kommunikasiya qurğularının dəmir beton piltələri dəyişdirilir, müasir baxış qapaqları qoyulur: “Bu işlər yekunlaşdıqdan sonra köhnə asfalt-beton örtüyü müasir mexanizm vasitəsilə qaşınacaq. Bundan sonra yeni asfalt-beton örtüyü salınacaq”.

Qeyd edək ki, təmir işləri bir həftə davam edəcək.

APA