Məktəblilərin yaz tətili günlərinə dəyişiklik edilib
2.3.2012

Paytaxtda və bölgələrdə məktəblilərin yaz tətili günlərində dəyişiklik olub.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib.

Onun qeyd edib ki, məktəblilərin yaz tətilinin müddəti martın 17-dən 24-nə qədərdir.

“Lakin Novruz bayramı ilə bağlı Nazirlər Kabinetinin elan etdiyi qeyri-iş günləri ilə əlaqədar tətil müddətində də dəyişiklik olub. Belə ki, 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə şagirdlər martın 26-da, 5 günlük tədris həftəsi ilə işləyən məktəblərdə isə martın 27-də dərsə gələcəklər”.

Gün.Az