Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən
Fövqəladə Hallar Nazirliyi sel daşqınları baş verən Serbiyaya, Bosniya
və Herseqovinaya yardım göndərib.
FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, ötən gün,
günün ikinci yarısında Fövqəladə Hallar Nazirliyi tərəfindən sel
daşqınları baş verən Serbiyaya humanitar yardım yola salınıb. Humanitar
yardıma 12 ədəd müxtəlif həcmli motorlu qayıqlar, 260 ədəd müxtəlif
ölçülü çadırlar, 300 ədəd səhra yataq dəsti, 1500 ədəd adyal, 40
generator, 20 ədəd su pompası, xüsusi kimyəvi bakterioloji şəraitdə
istifadə olunan geyim dəstləri, qaldırıcı qurğular və digər zəruri
material və avadanlıqlar daxildir. Gecə saatlarında isə həmin həcmdə
yardımla yüklənmiş daha bir təyyarə daşqınlar baş verən Bosniya və
Herseqovinaya göndərilib.



ANS PRESS