Ən gözəl qızların və oğlanların yaşadığı şəhərlər – SİYAHI
2.3.2012

Dünyanın ən cazibədar kişiləri hansı ölkələrdə yaşayır? Məlum olub ki, qadın turistlər hər hansı şəhərə, yaxud ölkəyə səfər edərkən oranın insanlarının nə qədər cəlbedici olmasını da nəzərə alırlar.

Turizmdən yazan Qərb jurnalistləri dünyanın ən yaraşıqlı kişilərinin yaşadığı ölkələrin reytinq siyahısını hazırlayıblar.

“Travelers Digest” turizm jurnalı oxucuları arasında sorğu keçirib və məlum olub ki, dünyanın ən yaraşıqlı kişilərinin yaşadığı şəhər İsveçin paytaxtı Stokholmdur. Turistlərin əksəriyyəti bu fikirdədir ki, İsveç kişiləri çox ünsiyyətcil, eleqant, zövqlüdürlər, onlar xüsusən əsl kişi maneraları ilə fərqlənirlər. Qadın turistlər iddia edir ki, İsveç kişiləri yalnız ilk baxışda soyuq görsənirlər, amma əslində onlar çox həssasdırlar, ən əsası isə onlar aşpazlıqda mahirdirlər.

Ən cəlbedici, yaraşıqlı kişilərin yaşadığı digər şəhərlər isə bunlardır: Nyu-York, Amsterdam, Lissabon, Buenos-Ayres, Sidney, Berlin, Milan, Tel-Əviv.

Qeyd edək ki, bir müddət əvvəl ən gözəl qızların yaşadığı şəhərlərin də reytinq-siyahısı hazırlanmışdı. Həmin siyahının birinci pilləsində Kiyev qərarlaşmışdı. Reytinq-siyahıda həmçinin Buenos-Ayres, Stokholm, Moskva kimi şəhərlərin də adları varıydı.

ANN.Az