Dünyanın ən yaşlı pişiyi - FOTO
20.5.2014

İngiltərənin Bournemouth şəhərində yaşayan "Poppi" ləqəbli pişik dünyanın ən yaşlı pişiyi adına laiq görülərək Ginnes Rekordlar kitabına daxil edilib.

1990-cı ilin fevral ayında anadan olan Pappi pişik yaşı ilə 114 yaşındadır.

Belə ki, bu canlı dünyanın "Ən yaşlı insanı" adına layiq görülən Yaponiyada yaşayan yapon Misao Okaşadan cəmi iki yaş balacadır. Gözləri görməyən, qulaqları eşitməyən Pappidən öncə isə rekordlar kitabında ABŞ-in Hoyt şəhərindən olan 23 yaşlı "Pinki" yer almışdı.

Vest pişiyin qidası haqqında danışarkən bunları bildirib: "Səhərlər pişik yeməyi yeyir, daha sonra isə konserv. Bəzən ona qızarmış toyuq, balıq və kartof qızartmasl veririk. Hətta hərdən kabab yediyi vaxtlar da olur".











ANS PRESS