Axtarış
Başqa şəhərlərdə
Həkimlər 540 qram çəki ilə doğulan körpənin həyatını xilas ediblər. Körpə 24 həftəlik olarkən Şotlandiyanın Edinburq şəhərində doğulub. Həkimlər Emili Kresseyin həyatını xilas etmək üçün onu soyuducu sellofanına sararaq ana bətni şəraiti yaradıblar. Körpə vaxtından çox tez doğulduğu üçün orqanizmi inkişafını tamamlaya bilməyib. Bunun üçün də həkimlər ona inkişafını davam etdirmək üçün münbit şərait yaradıblar. Nəticədə körpə iki əllə həyata sarılıb. Yaxın günlərdə onun evə buraxılacağı gözlənilir. Emilinin anasının sözlərinə görə, bu onun 4-cü hamiləliyi olub. Körpə iyun ayında doğulmalı idi. Lakin vaxtından çox əvvəl doğulduğu üçün həkimlər onu sellofda həyatda saxlamağa çalışdılar. Həkimlərin səyi sayəsində körpə qızın çəkisi 2 kq-a kimi artıb. Onun sağlamlığı ilə də bağlı heç bir problemi yoxdur. ANS PRESS
Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir.
Rusiya alimləri qanın tərkibində şəkərin miqdarını tər damcısı ilə ölçəcək yeni üsul – biosensor hazırlayıblar.
Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin subbakalavrları və universitetin 1523 saylı liseyinin şagirdləri yolu izah edən ayaqqabı hazırlayıblar.
Alma sirkəsi arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sayılır.
“Visa”, “Mastercard” və digər beynəlxalq kart təşkilatları "Facebook" sosial şəbəkəsinə məxsus olan və gələn ili bazara çıxarılması planlaşdırılan "Libra" kriptovalyutasını dəstəkləyə bilər.