Yer kürəsində mayın 23-dən 25-ə qədər güclü meteorit yağışı müşahidə olunacaq. Bu qeyri-adi yağış ilin ən güclüsü olacaq. Belə ki, 200 il əvvəl keçmiş kometanın quyruğu indi Qalleya kometasının axını ilə birləşəcək.
Bu kosmik hadisəyə artıq "Camelopardalid" adı verilib. Bu "yağışı" görmək üçün səmada qütb ulduzunu və onun yanındakı tutqun "Zürafə" bürcünü axtarmaq lazım gələcək. Meteorit axını məhz bu hissədən keçəcək.
Hadisə baş verən zaman bir saat ərzində 200 ədəd düşən ulduz müşahidə olunacaq.
Astronomiyanın müasir inkişafına baxmayaraq, "Camelopardalid" hələ də yaxşı öyrənilməyib.
Qeyd edək ki, Yer kürəsi kometanın keçdiyi yerdə qalan toz və buz dumanlığı ərazisindən keçdiyi vaxt meteorit yağışı müşahidə olunur.
Milli.Az