Bu da 2015-ci ilin Kia Optima-sı - FOTO
21.5.2014

Kia şirkəti yeni 2015-ci il üçün Optima sedanı yüngülvari yeniləyib. Avtomobil ilk növbədə sərnişinlərin rahatlığını artıran kiçik dəyişikliklər əldə edib. Dizayn baxımından yenilənmə minimal olub hiss edilməsə də hər halda həm eksteryerdə, həm də interyerdə vardır. Hər kəsdən əvvəl 2015-ci il avtomobilini amerikalılar ala biləcəklər. Tezliklə bu ölkəyə gəndəriləcək Kia Optima 2015 modeli 21 650 dollara təklif ediləcək.

 
Xarici yeniliklərdən ən əvvəl üç yeni rəng çalarını – göy “Smokey Blue”, boz “Platinium Graphite” və gümüşü “Sparkling Silver” qeyd etmək olar. Salonda səsin qarşısını almaq üçün yeni qabaq şüşə taxılıb. İnteryeri kürsülərin yeni materialları və düymələrin başqa cür yerləşdirilməsi ilə yeni sükan çarxı dəyişdirib. SX-Limited zirvə modifikasiyasından başqa bütün modifikasiyalarda opsiyada UVO eServices multimedia sistemi sürücüyə şəhər mühitində istiqaməti daha yaxşı ayırd etmək üçün dörd yeni funksiya əldə edib.
 
Yenilənmiş Optima –nın satışlarının Avropada nə zaman başlanacağı hələlik məlum deyil.



Milli.Az