“Sivasspor”un baş məşqçisi Roberto Karlos İspaniyadan təklif alıb. Karlosun xidmətində “Qranada” maraqlıdır. “Qranada” rəhbərliyi mövsüm başa çatan kimi istefa verən Lukas Alkarasın yerinə Karlosu gətirmək istəyir.
Qeyd edək ki, “Qranada” başa çatan mövsümdə İspaniya çempionatını 15-ci pillədə tamamlayıb. “Sivasspor” isə Türkiyə Super Liqasında 5-ci yeri tutaraq Avroliqaya vəsiqə qazanıb.
publika.az