Sumqayıt Dövlət Rəsm Qalereyasında şəhərin 65 illik yubileyinə həsr olunmuş “Göyərçinim” adlı rəsm müsabiqəsi keçirilmişdir.
Məqsəd Sumqayıtın inkişafı və müasir şəhərə çevrilməsinə gənclərimizin baxış prizmasından yanaşmaq, istedadlı, yaradıcılıq qabiliyyəti olan şagirdləri üzə çıxarmaqdır.
Şəhər mədəniyyət və turizm idarəsinin təşkilatçılığı ilə keçirilən müsabiqədə Ə.Bakıxanov, Bülbül, S.Rüstəmov adına uşaq incəsənət məktəblərinin şagirdləri iştirak etmişlər.
Müsabiqədə rəsm nominasiyası üzrə 8-18 yaş arasında gənc rəssamlar iştirak etmişlər.
Seçim turunda Nigar Mehdiyeva birinci, Nihad Səmədov ikinci, Sahil Hüseynli üçüncü yerləri tutmuşlar.
Qaliblər Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi və Dövlət Rəsm Qalereyası tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışlar.
Müsabiqənin musiqi tərtibatında S.Rüstəmov adına 3 nömrəli uşaq incəsənət məktəbinin müəllim və şagirdləri fortepiano və skripkada dahi bəstəkarların məşhur əsərlərini səsləndirmişlər.
AzərTAc