Qoç - işlərdə səhvlər, kiçik anlaşılmazlıqlar ola
bilər. Yanlışlıqların başladığınız işi bitirməyə imkan verməməsi
mümkündür. İnadkar olmayın, güzəştlərə getməyi bacarın. Yaxın
ətrafınızdakı insanlarla aqressiv davranmayın.
Məhsuldar dialoqa üstünlük verin.
Günün
ikinci yarısında yaşamınızda köklü dəyişikliyə tələsməyin. Bunun üçün
əlverişli zaman deyil. Hansısa məqam sizi təmin etmirsə, ehtiyatlı
davranın. Hər şansı dəyərləndirin. Yalnız belə olan təqdirdə məqsədə
çata bilərsiniz.
Buğa - çox
məqamların çözülməsi sizdən asılıdır. Baş verən bütün hadisələrə görə
məsuliyyət daşıdığınızı düşünməyin. İşlərdə səhvə yol verməyin, bədgüman
qaldığınız insana inanmayın. Qarşınıza qoyduğunuz məqsədə mümkün qədər
tez çatmağa çalışın.
Günün ikinci yarısında sağlam qidalanın,
rasiona fikir verin. Səhhətinizdə ağır fəsadlara səbəb ola biləcək
problemlərin yaşanmasına imkan verməyin. Kosmetik prosedurlarla
eksperimentlər aparmayın. Dəriniz çox həssasdır.
Axşam saatlarında önəmli görüş və ya mühüm müzakirələr ola bilər.
Əkizlər
- tələskənliyə yol verməyin, vurnuxmayın. Buna heç bir ehtiyac yoxdur.
Fəaliyyət tempini bir qədər azaldın. Situasiyanı sakit təhlil edin,
yan-yörənizə baxın. Hədəf və ya məqsədin indiyədək can atmadığınız
istiqamətdə olduğunu görəcəksiniz.
Maraqlı tanışlıqlar istisna deyil. Yaxın perspektivdə yaşamınızda önəmli rol oynayacaq görüş baş tuta bilər.
Günün
ikinci yarısında intuisiyanız sizə kimə etibar etməyin mümkün olduğunu,
kimin də etibarınızdan sui-istifadə edərək sizdən yararlanmağa
çalışdığını göstərəcək. Yaşam potensialınız yüksəkdir.
Axşam saatlarında əhvalınız pis olmayacaq.
Normal istirahət etməyə çalışın.
Xərçəng
- uğurlu və əlverişli gündür. Dürüst qərarlar qəbul edin, etibarlı
tərəfdaş, şərik və ya müttəfiqlərlə məhsuldar işləməyə səy göstərin.
Situasiyanın tələblərinə uyğun davransanız, irəliləyişə nail
olacaqsınız.
Bilik və bacarıqların artırılması üçün zəruri tədbirlər görün.
Günün
ikinci yarısında təcrübənizdən yararlanın. İşlər həddən ziyadə olsa da,
yaxınlarınıza kömək edin. Çətin vəziyyətə düşmüş dostlardan yardımı
əsirgəməyin. Yaxınlarınız sizə dəstək və diqqətə görə minnətdar
olacaqlar.
Az da olsa, vaxtında gəlir əldə edəcəksiniz.
Şir
- müsbət təmayüllərin təsiri güclənir. Peşəkar fəaliyyət sahəsində
dəyişikliklər olacaq. Faydalı tanışlıqlara nail olun. Sizə yardım edə
biləcək insanlarla təmasları intensivləşdirin. Anlaşma və ya
sövdələşmələr üçün pis zaman deyil.
Maraqlı işgüzar təkliflər ala bilərsiniz.
Günün
ikinci yarısında yaxınlarınızla münasibətləri gərməyin. Qarşıdurmanın
münaqişəyə çevrilməsinə imkan verməyin. Tərəflərin hamısını qane edəcək
qərarı tapmağa can atın, kompromisə gedin.
Sevdiyiniz insana komplimentlər söyləməkdən çəkinməyin. Hissləri gizlətməyin.
Qız
- çətin, qarışıq, mürəkkəb gündür. Bütün səylərinizə rəğmən soyuqqanlı
və təmkinli davranmaq asan deyil. İndiyədək sizi dəstəkləyən insanlar
aqressiv davranır, sanki münaqişə axtarırlar. Həmkar və ya
tanışlarınızdan biri səhvə yol verərsə, dərhal sərt tənqidə keçməyin.
İradlar çox olmamalıdır. Əks təqdirdə sizdən inciyəcəklər.
Günün
ikinci yarısında şəxsi münasibətlərlə bağlı önəmli qərar qəbul etmək
olar. Nə istədiyinizi dəqiqləşdirin, məqsəd və ya hədəfi
konkretləşdirin.
Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Yaxşı ideyalarınız olacaq.
Tərəzi
- ciddi səhvlərə və yanlışlıqlara yol verməyin. Yanlış addımın
fəsadları ağır olacaq. Qarşınıza qoyduğunuz məqsədə dərhal çatmağa
çalışmayın. Ən kiçik gecikmə və ya ləngimə sizə həddən artıq ciddi
problem təsiri bağışlamasın.
Yaxın ətrafınızdakı insanlardan bəzilərinin dəstəyinə ehiyacınız var.
Günün ikinci yarısında ehtiyatlı, diqqətli və sayıq davranın.
Axşam
saatlarında nüfuzlu insanlarla görüş məsləhət deyil. Onlarda özünüzlə
bağlı xoş təəssürat yarada bilməyəcəksiniz. Alış-veriş üçün yaxşı gün
deyil. Bahalı əyləncələrdən, pul xərcləməkdən imtina edin.
Əqrəb
- peşəkar fəaliyyət müstəvisində yaranan problemlərin həlli üçün
münasib gündür. Minimum informasiyaya malik olsanız belə, dürüst
qərarlar qəbul etməyə çalışın. İntuisiyanız sizi aldatmayacaq.
Günün
ikinci yarısı anlaşma və sövdələşmələr üçün yararlıdır. Müqavilələr,
razılaşmalar imzalamaq, yeni tərəfdaşlarla əməkdaşlığa başlamaq olar.
Dəvət
aldığınız tədbirə qatılın. Axşam saatlarında danışıq və ya görüş pis
keçməyəcək. Alış-verişdə gözəl, qeyri-adi əşyalar almaq olar.
Zövqünüz sizi yanıltmayacaq.
Oxatan
- çox uğurlu və əlverişli gündür. Münasib məqamdan yararlanaraq
planları reallaşdırmağa, irəliləyişinizə təkan verəcək ideyanı həyata
keçirməyə başlayın. Nüfuzlu insandan dəstək almağa çalışın. Etibarlı
müttəfiqlərin köməyi ilə çətin problemi həll edə bilərsiniz. Maliyyə
işlərində ehtiyatlı olun, səhvlərə yol verməyin.
Günün ikinci yarısında sizi təxribata çəkəcək, etibarınızdan və inamınızdan sui-istifadə etməyə çalışacaqlar.
Yeni tanışlıqlar, romantik münasibətə başlamaq üçün münasib zamandır. Sevdiyiniz insanla ünsiyyətdə həssas və qayğıkeş olun.
Axşam saatlarını ailə üzvləri ilə keçirin.
Oğlaq -
problemlərin sayı artsa da, onların öhdəsindən gələ bilərsiniz. Aktiv
və enerjili olun. Mənasız, xırda, önəmsiz məsələlərə həddən artıq vaxt
və diqqət sərf edərək mühüm məsələləri nəzərdən qaçırmayın.
Əhəmiyyət daşıyan məqamları dəqiqləşdirəndən sonra həmin istiqamətdə hərəkətə başlayın.
Günün
ikinci yarısı imiclə eksperimentlər üçün pis deyil. Yaşamınızda köklü
dəyişikliklər ola bilər. Alış-veriş üçün axşam saatları münasibdir.
Yalnız özünüzün yox, ailə üzvlərinin də yararlanaraq istifadə edə
biləcəkləri əşya alın.
Dolça -
güzəştlərə ehtiyac var. Bunu anlamağa çalışın. Nə qədər çox inad
etsəniz, özünüzə bir o qədər problemlər yaradacaqsınız. Bir qədər durun,
nəfəs dərin, situasiyanı təhlil edin.
Əsla bəyənmədiyiniz və
rəğbət bəsləmədiyiniz insanlarla ünsiyyət çox vaxt alacaq. Fəqət,
təmkinli, soyuqqanlı olun. Çünki bu görüşlər karyeranızın inkişafına
təsir edə bilər.
Yaxşı tanımadığınız insanlarla təmaslarda diqqətli olun. Etiket qaydalarını pozmayın.
Günün
ikinci yarısında işgüzar intuisiyanız kəskin olacaq. Anlaşma və
sövdələşmələr gəlir gətirəcək. İstənilən səfər, səyahət üçün əlverişli
zamandır.
Sevdiyiniz insanı sevindirməyə çalışın.
Balıqlar
- yaxın ətrafınızdakı insanların rəğbətini qazanmağa çalışın. Birlikdə
işlədiyiniz insanlarla münasibətlərdə səmimi olun. Vəd verməyə,
üzərinizə öhdəliklər götürməyə tələsməyin. Uğur əldə etmək üçün
fəaliyyət azadlığına ehtiyacınız var. Gəlirlər olacaq.
Uzun
müddətdən bəri sizi narahat edən maliyyə problemini günün ikinci
yarısında çözə bilərsiniz. İstənilən sahədə yeniliklər və islahatlar
üçün əlverişli zamandır.
Yeni biznes layihə, romantik təmaslar uğurlu olacaq. Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq.
Milli.Az