Teleserialların çəkilişi üçün hər televiziyaya 200 min manat pul ayrıldı
22.5.2014

Milli Televiziya və Radio Şurasının qərarına əsasən milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə milli ümumrespublika özəl yayımçılarının hər birinə 200 000 (iki yüz) min manat məbləğində maliyyə yardımı ayrılıb.

Bu barədə qərar Milli Televiziya və Radio Şurasının iclasında qəbul edilib.

Qeyd edək ki, maliyyə Azərbaycanda milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2013-cü il tarixli Sərəncamına əsasən milli telefilmlərin, o cümlədən teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə ayrılıb.

Gün.Az