Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi rəqəmli televiziya ilə bağlı geniş təlimat hazırlayır.
Nazirlikdən verilən məlumata görə, hazırlanan təlimat daha geniş şəkildə
olmaqla vətəndaşlar üçün Rəqəmli TV ilə bağlı bütün məlumatları özündə
əks etdirəcək. Burada Rəqəmli TV xidmətinə qoşulmaq və ondan istifadə
qaydaları ardıcıllıqla olmaqla hər bir detal barədə açıqlamalar
veriləcək. Təlimat yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.