Azərbaycanda rəqəmli TV ilə bağlı geniş təlimat hazırlanır
5.3.2012

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi rəqəmli televiziya ilə bağlı geniş təlimat hazırlayır.
Nazirlikdən verilən məlumata görə, hazırlanan təlimat daha geniş şəkildə olmaqla vətəndaşlar üçün Rəqəmli TV ilə bağlı bütün məlumatları özündə əks etdirəcək. Burada Rəqəmli TV xidmətinə qoşulmaq və ondan istifadə qaydaları ardıcıllıqla olmaqla hər bir detal barədə açıqlamalar veriləcək. Təlimat yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.