Ağıllı saatların ən məşhuru..
22.5.2014

Ağıllı saatlar arasında olan rəqabət davam edir. Bəs, hazırda hansı texnologiya nəhəngi irəlidədir?

Samsung , ağıllı saat bazarında lider kimi görünür. "Strategy Analytics"in reallaşdırdığı analizə görə bu ilin ilk rübündə dünya səviyyəsindəki satış nəticələrinə görə 500 min ədəd ağıllı saatını satan Samsung , beləcə istifadəçilərin qolunda daşımağı seçim etdiyi marka olaraq da nməşhurlaşıb. 2013-cü ildən Samsun 1 milyon ağıllı saat sata bilib.

Bundan başqa böyük maraqla gözlənilən Apple iWatch və LG , Motorola , HTC və Asusun da istehsalında olacağı Android Wear ekosistemli ağıllı saatları var.

Hətta LG-in G Watch adını verdiyi yeni ağıllı saatı , LG-nin yeni admiral cibi G3-ün tanıdılacağı 27 may günü özünü göstərə bilər.

movqe.az