İlanlarla masaj – FOTO
22.5.2014

Masajın müxtəlif növləri var. Lakin ilanlarla masaj haqda, yəqin ki, çoxunuz eşitməmisiniz.

Filippinin Kebu şəhər zooparkında 4 ölümcül ilanla masaj olunmaq üçün insanlar növbəyə düzülür. 4 piton eyni anda qonağın üzərinə qoyulur. Uzunluğu 5 m, ümumi çəkisi 250 kiloqram olan ilanın altından hətta ən güclü insan çıxa bilmir.

Terapiyaya aparılmamışdan qabaq ilanlara 10 və daha çox toyuq yedizdirilir. Nəzarətçilərin müşahidəsi altında ilanlar 15 dəqiqə ərzində “müştərinin” üstündə gəzişir. İlanların tox olmasına baxmayaraq, sürünənlərin hər an insanı boğub öldürmə təhlükəsi var.

Terapiyadan istifadə edən şahidlərin sözlərinə görə, ilanın altında olarkən hətta danışmaq belə olmaz, çünki ilan “müştərini” şikar bildiyindən ona toxunmur.




publika.az