Azərbaycan London Yay Olimpiya Oyunlarına 30-cu lisenziyanı qazanıb. Bu uğura çapar Camal Rəhimov imza atıb.
Belə ki, Beynəlxalq Atçılıq Federasiyası yanvarın 1-dən martın 1-dək
elan etdiyi lisenziya xarakterli yarışlar başa çatıb. Qruplar üzrə
keçirilən turnirlərdə ilk 2 yeri tutan idmançılar London-2012-də iştirak
hüququna yiyələnib.
Rəhimov C qrupunda mübarizə aparıb və birinci yeri tutub. Bunla da həmyerlimiz ikinci dəfə Olimpiada iştirak hüququna yiyələnib.
Qeyd edək ki, Camalın Pekin-2008-də çıxışı uğursuz alınmışdı.
Apasport.az