Gələn aydan "Azərbaycan Hava Yolları" (AZAL) QSC Gəncə-Antalya-Gəncə istiqamətində çarter reysi üzrə aviauçuşların yerinə yetirilməsinə başlayır.
AZAL-ın Gəncə nümayəndəliyinin rəhbəri Çingiz Fətəliyevin verdiyi məlumata görə, ilk uçuş iyunun 27-də olacaq.
Onun sözlərinə görə, uçuşlar müasir və komfortlu 106 yerlik "Embraer 190" tipli hava gəmiləri ilə həftədə iki dəfə - bazar ertəsi və cümə günləri həyata keçiriləcək. Gəncədən uçuş vaxtı saat 12:20, Antalyaya eniş vaxtı 13:05-də olacaq. Antalyadan uçuş vaxtı isə saat 14:05, Gəncəyə eniş vaxtı 18:30-da olacaq.
Ç.Fətəliyev deyib ki, yeni açılacaq reysdən əsasən turizm şirkətləri tərəfindən xüsusi turlarla Antalyaya istirahətə gedən vətəndaşlar yararlanacaq. Tursuz uçuşların qiyməti isə bir tərəfə 283 manat, iki tərəfə 538 manatdır.
Big.az