Azərbaycan Turizm İnstitutunun (ATİ) bir qrup tələbəsi Şimali Kipr Türk
Cümhuriyyətində yay tanışlıq təcrübəsi keçmək üçün bu ölkəyə yola düşüb.
Turizm İnstitutundan verilən məlumata görə, əsasən I və II kurs
tələbələrindən ibarət qrup ŞKTC-nin nüfuzlu otellərində təcrübə
keçəcəklər. Təcrübəçi tələbələr 2 ay müddətində xidmət sahələrində
işləyəcək, otel idarəçiliyinin iş mexanizmini öyrənəcəklər. ATİ-nin
tələbələri, eyni zamanda ölkənin memarlıq tarixi abidələri,
kulinariyası, xidmət mədəniyyəti ilə yaxından tanış olacaqlar.
Ümumilikdə, Azərbaycan Turizm İnstitutunun 39 tələbəsi hazırda xarici
ölkələrdə yay tanışlıq və istehsalat təcrübəsini uğurla davam
etdirirlər.