Qoç - çətin, amma labüd qərar qəbul etməyin vaxtı
çatıb. Problemin həllini təxirə salmaq, üstün və zəif cəhətləri təhlil
etmək üçün zamana ehtiyacınız var. Vaxt isə yoxdur, aktiv hərəkət etmək
gərəkdir. Təbii, kiminsə məsləhətindən yararlana bilərsiniz. Amma
sonradan bu qərarınıza peşman olacaqsınız.
Günün ikinci yarısında maliyyə çətinlikləri istisna deyil. Böyük məbləğdə pul itkisinə məruz qala bilərsiniz.
Səhhətiniz
normal deyil. Özünüzü yorğun hiss edəcəksiniz. Üstəlik, xroniki
bihallıq da durumu yaxşılaşdırmayacaq. Yaxın ətrafınızdakı insanlarla
fikir ayrılıqları yaranacaq. Münasibətləri korlamamaq üçün güzəştə
getməyi bacarın. Ehtiyatlı olun.
Yeni işlərə başlayanda sərvaxt olun. Qüvvənizi olduğundan artıq qiymətləndirməyin. Yerinə yetirilməsi çətin vədlər verməyin.
Buğa
- sakit, soyuqqanlı qalmaq asan deyil. Situasiya birmənalı deyil.
Hadisələrin hansı məcrada inkişaf edəcəyini düşünüb ehtimalları
çeşidlədikcə daha çox narahat olur, nigaran qalırsınız. Yaxınlarınız və
xüsusilə də yaşlı qohumlarınız sizi dəstəkləyəcəklər. Sizi narahat edən
məsələləri onlara danışsanız, çıxış yolu tapa bilərsiniz.
Günün
ikinci yarısında xəfif ağrılar istisna deyil. Səhhətiniz üçün heç bir
problem yoxdur. Fiziki işdə xeyir var. Əhvalınız yaxşılaşacaq.
Axşam saatları sağlamlıq və kosmetik prosedurlar, imiclə eksperimentlər üçün əlverişlidir.
Əkizlər -
fəal, qətiyyətli olun. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün
rasional davranın. Pullarınızın qədrini bilin, amma simiclik də etməyin.
İşgüzar danışıqlar yaxşı alınacaq. Sərfəli sövdələşməyə nail ola
bilərsiniz. Fikrinə və ya mövqeyinə dəyər verdiyiniz insanda özünüzlə
bağlı xoş təəssürat yarada bilərsiniz.
Günün ikinci
yarısı romantik yox, dost münasibətlərə başlamaq üçün əlverişlidir. Amma
yaşananları ciddiyə almayın. Çünki taleyüklü, yaşamınıza təsir edə
biləcək görüş irəlidədir.
Xərçəng
- planlar quranda bilin ki, mümkün qədər ehtiyatlı və sərvaxt davranmaq
gərəkdir. Bir tələsik qərar, səthi açıqlama hər şeyi korlaya bilər.
Pullarınızla risk etməyin, şübhəli anlaşmalar və ya razılaşmalardan
boyun qaçırın. Maliyyə itkiləri riski çox böyükdür.
Günün
ikinci yarısında şəxsi münasibətlərdə müsbət dəyişikliklər ola bilər.
Uğurlu təsadüflər sizə çoxdan bəri hazırladığınız planı reallaşdırmağa
imkan verəcək. Romantik görüş, sevdiyiniz insanla birlikdə yollandığınız
səfər pis keçməyəcək. Xoş emosiyalar təbinizi yaxşılaşdıracaq.
Şir
- gərgin, çətin, amma maraqlı gündür. Yeni işlərə cəsarətlə başlayın.
Onlar ilk baxışdan göründüyü qədər çətin deyillər. Problemlərin
öhdəsindən sürətlə gələ bilərsiniz. İndiyədək dil tapa bilmədiyiniz
insanlarla əməkdaşlıq və ya tərəfdaşlıqla bağlı razılaşma əldə etməyə
can atın. Birgə fəaliyyətin təkan verdiyi irəliləyiş sizi
təəccübləndirəcək.
Günün ikinci yarısında hisslərə
qapılmayın, emosiyaların köləsinə çevrilməyin. Tələsik addımlar atmayın,
düşünülməmiş qərarlar qəbul etməyin. Axşam saatlarında başlayacaq yeni
münasibətlər sürətlə inkişaf edəcək.
Qız -
bu gün başladığınız işlərin əksəriyyətində uğura nail ola bilərsiniz.
Yeni bilik, təcrübə əldə etməyə imkan verən işlərə xüsusi fikir verin.
Dünyagörüşünüzü artırmağa, karınıza gələ biləcək məlumatları əldə etməyə
çalışın.
Maraqlı və ağıllı insanlarla ünsiyyət istisna deyil. Belə təmaslar çox faydalıdır.
Günün
ikinci yarısında alış-verişə yollanmaq olar. Aldığınız bəzi əşyalar
ailə üzvlərinə faydasız, ekstravaqant təsir bağışlasa da,
təəssüflənməyin. Qərarınıza görə peşman olmayacaqsınız. Yaşam potensialı
səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.
Tərəzi
- səhər saatlarından etibarən aktiv, enerjili olun. Yaşananları
xatırlayın, yol verdiyiniz səhvləri və yanlışlıqları təhlil edin.
Özünüzə qarşı həddən ziyadə sərt tənqidi mövqe tutmayın. Ən azı ona görə
ki, yaxınlarınızın, yanınızdakı insanların nöqsaqlarını da qulaqardına
vurmaq gərək deyil.
Qarşınıza qoyduğunuz məqsədə doğru
hərəkətdə intensiv irəliləyiş əldə olunmasa, ruhdan düşərək bədbinliyə
qapılmayın. Tələbləriniz reallığa uyğun olmalıdır.
Günün
ikinci yarısında səmimi, qayğıkeş, nikbin insanlarla ünsiyyətdə olmağa
çalışın. Onlar təriflərə xəsislik etməyəcək, sizə rəğbətlərini
bildirəcəklər.
Axşam saatları romantik görüşlər və ya sevdiyiniz insanla istirahət üçün əlverişlidir.
Əqrəb
- səhər saatlarından etibarən kiçik anlaşılmazlıqlar olacaq. Ciddi
problemlərin yaranacağını düşünərək narahat olmayın. Yaşamın bir çox
sahələrində təşəbbüslə çıxış etməyin zamanıdır. İdeyalarınız nə qədər
cəsarətli və orijinal təsir bağışlasa da, sizi dəstəkləyən insanlar
tapılacaq.
Günün ikinci yarısı imiclə eksperimentlər,
qeyri-adi geyim və aksessuarlar almaq olar. Yaxın ətrafınızdakı
insanların indiyədək sizdə sezə bilmədikləri bacarıq, təcrübə və
məcazları nümayiş etdirin.
Yeni müttəfiqlər, tərəfdaşlar qazana bilərsiniz.
Oxatan
- maliyyə problemləri yaranacaq. Əvvəlcədən nəzərdə tutduğunuz
alış-verişə pul çatacaq. Amma spontan alış-verişdən imtina edin. Bu
durum sizi pərişan edə bilər.
Çətinliklər müvəqqətidir.
Günün
ikinci yarısında situasiya düzəlir, müsbət təmayüllərin təsiri artır.
Yeni tanışlıqlar perspektivli ola bilər. Axşam saatlarına yaxın
başlayacaq münasibətlər dinamik inkişaf edəcək və sizi sevindirəcək.
Dəyər verdiyiniz insanla təmaslarda həssas olun.
Oğlaq
- günün ilk yarısında səhhətinizdə problemlər yarana bilər.
Orqanizminizi sınağa çəkməyin. Təcili saydığınız bəzi işləri təxirə
salın və ya başqasına həvalə edin. Əsəbləşməyin, aqressiv olmayın.
Yorucu və ağır işlə məşğul olmayın. Hətta ən yaxın saydığınız insanlar
belə sizi dərhal anlamayacaqlar. Uzun-uzadı izahatların qaçılmazlığına
hazır olun.
Günün ikinci yarısında maliyyə fonu uğurludur.
Əhəmiyyətli məbləğdə gəlir əldə edə bilərsiniz. Mebel və interyer
predmetləri ala bilərsiniz.
Axşam saatlarında idmanla məşğul olmaq pis deyil.
Dolça
- qəliz dövrdür. Çətin işlərin sayı artır. Bu problemlərin öhdəsindən
müstəqil şəkildə gəlməlisiniz. Yaxın ətrafınızdakı insanlardan yardım və
ya dəstək gözləməyin. Onlar indiyədək sizə dəfələrələ vəd verərək çətin
anda sizə yardım edəcəklərini desələr də, belə olmayacaq.
Günün ikinci yarısı maraqlı keçəcək. Xoş sürprizlər və qeyri-adi diqqət izharları istisna deyil.
Axşam
saatlarında yaxın perspektivlə bağlı planlar qurmaq olar. Mövcud
şəraiti və imkanlarınızı dəqiq qiymətləndirsəniz, bir çox səhvlərdən
qurtula bilərsiniz.
Gəzintiyə çıxmaqda xeyir var.
Balıqlar
- yaxınlarınızla münaqişə, ailədə mübahisə ola bilər. Buna yol verməmək
üçün təmkinli olun, aqressiv davranmayın. Yanlış hesab etdiyiniz
əməllərə görə yanınızdakı insanları sərt tənqid etməyin. Münasibətlərinə
dəyər verdiyiniz insana qarşı ədalətsizlik etməyin.
Günün
ikinci yarısı evdəki problemlərin həlli, yaşam arealının yenilənməsi,
mebel və interyer predmetlərinin alınması üçün əlverişlidir.
Səfərə yollanmaq, səyahətə çıxmaq, uzaq məkanlarda dolaşmaq məsləhət deyil. Yeni tanışlarla ehtiyatlı olun.
Milli.Az