Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin www.asan.gov.az internet səhifəsində mərkəzlərin növbə göstəricilərini elektron formada əks etdirən funksional bölmə yaradılıb.
Mərkəzə istinadən verilən xəbərə görə, bu bölmə vasitəsilə siz Xidmət mərkəzinə gəlmədən vətəndaş axını barəsində məlumatlana bilərsiniz.
Bu bölmədə “ASAN xidmət” mərkəzləri üzrə xidmət göstərilmiş şəxslərin sayı, növbədə gözləyən şəxslərin sayı əks olunur.
http://onlaynnovbe.asan.gov.az/site/statmain
Gün.Az