Dünyanın nüfuzlu “Forbes” jurnalı rusiyalılar üçün biznes qurulması sahəsində ən cəlbedici keçmiş SSRİ şəhərlərinin reytinqini açıqlayıb.
İlk dəfə hazırlanan siyahıda Bakının da adı var.
Siyahı hazırlanarkən əhalinin ödəniş qabiliyyətli olması və vergi yükünün az olması nəzərə alınıb.
Reytinq cədvəli tərtib edilərkən viza rejiminin sadəliyi, rus dilinin statusu, şirkətlərin qeydiyyatının qeyri-rezident olması da nəzərə alınıb.
Reytinq siyahısına keçmiş SSRİ-nin 20 şəhəri daxil edilib. Reytinq cədvəlində ilk onluğa Minsk (Belarus), Tallin (Estoniya), Vilnüs (Litva), Almatı (Qazaxıstan), Astana (Qazaxıstan), Riqa (Latviya), Kiyev (Ukrayna), İrəvan (Ermənistan), Tbilisi (Gürcüstan) və Bakı (Azərbaycan) daxil edilib.
Sonrakı yerlərdə Xarkov (Ukrayna), Bişkek (Qırğızıstan), Odessa (Ukrayna), Donetsk (Ukrayna), Dnepropetrovsk (Ukrayna), Kişinyov (Moldova), Düşənbə (Tacikistan), Daşkənd (Özbəkistan), Aşqabad (Türkmənistan) və Moskva (Rusiya) yer alıb.
“Ölkə üzrə ayrılan kreditlərin 90%-i Bakının payına düşür. Burada orta əmək haqqı 754 ABŞ dolları təşkil edir. Bu şəhərdə cinayətlərin sayı da olduqca aşağıdır. Belə ki, 2013-cü ildə 1000 nəfərə 4,5 cinayət qeydə alınıb”-jurnalda qeyd olunub.
Gün.Az