Bakıda və Abşeron yarımadasında martın 6-da hava əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata
görə, gündüz arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək. Havanın
temperaturu gecə 0-2, gündüz 8-12 dərəcə isti olacaq.
Martın 7-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb
küləyi əsəcək, günün ikinci yarısında şimal-şərq küləyinə keçəcək.
Havanın temperaturunun gecə 0-2, gündüz 5-8 dərəcə isti olacağı
proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında martın 6-da hava əsasən yağmursuz keçəcək.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək,
əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1
dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda
gecə 6-11 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti. Yüksək dağlıq
ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta təşkil edəcək.
Martın 7-də bölgələrdə hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi
yerlərdə duman olacaq. Lakin bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və
dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək,
ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4,
gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5
dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal
temperaturunun 7-12 dərəcə şaxta olacağı gözlənilir.
APA