Mövsümün ən son eynək dəbi – FOTO
23.5.2014

Aynalı eynəklər bu ilin  ən trend yaz aksessuarıdır. Keçən ildən bəri dəbə minən aynalı eynəklər 2014-ün yay aylarında da gündəmə gəlib.

Aynalı eynəklər məşhurluğunun zirvəsini 80-cı illərdə yaşayıb. Bu yay həmin məşhurluğunu geri qaytaracağına bənzəyir. 1930-cu illərdə Ray-Ban markası tərəfindən istehsal edilən aynalı günəş eynəkləri ilk dəfə pilotları günəş şüalarından qorumaq üçün düzəldilmişdi. Pilotların rahatlığını təmin etmək məqsədilə düzəldilən aynalı eynəkləri  gözləri göstərmədiyi üçün sonralar polislər də taxmağa başlayır. Aynalı eynəklər bu mövsüm dəbdə olduğu üçün bir çox markalar yeni kolleksiyalarında bu modellərə yer veriblər. Başda Ray Ban olmaqla, Carrea, Oakley, Chloe və  daha bir çox marka aynalı günəş eynəkləri ilə dəb gündəminə daxil olub. Klassik pilot eynəkləri  daha aktual olsa da, hər modelin aynalı formasını tapmaq olar.

 Aynalı eynəklər insana sirli bir cazibə bəxş edir. Sirli cazibədən əlavə, özünə əminlik yaradır. Gözləri göstərmədiyi üçün yorğun günlərin xilaskar aksessuarlarındandır.

 

Bu il istənilən rəngdə aynalı eynək tapmaq mümkündür. Dəb ustaları, əsasən, mavi rəngin daha mükəmməl göründüyünü iddia edir. Lakin mavi rəngi xoşlamırsınızsa, dərd etməyin. Belə ki, rəng seçimi çoxdur. Gümüşü, qızılı, çəhrayı, sarı və yaşıl rəngləri seçmək şansınız var.