Mətbəxin dekorasiyası qədər, orada
istifadə edilən rənglər də önəmlidir. Lakin mətbəxi daha əlverişli hala
gətirmək üçün bəzi məqamlara fikir vermək lazımdır.
İsti və modern interyer yaratmaq istəyirsinizsə, mətbəxdə sarı, ağ və həsir mebellərə üstünlük verin.
Təbii tərzdən xoşunuz gəlirsə, açıq rəngli taxta mebellər alın. Ağ və bənövşəyi rənglər mətbəxi şirin göstərir.
Modern və sofistik görkəm yaratmaq üçün dekorasiyada ağ rənglərə yer
verin. Rəng ahəngi yaratmaq üçün tünd bozla, zeytun yaşılını
birləşdirin.
Mətbəxiniz balacadırsa, açıq rənglərin gücündən istifadə edin. Açıq qəhvəyi və açıq mavi çalarlara müraciət edə bilərsiniz.
Təmizlik və səliqə-sahman həvəskarlarına mavi və ağ rəngləri
məsləhət görürük. Çünki bu rənglərin hər ikisi təmizlik, saflıq və
məsumluq rəngidir. Mebellərdə iki rəngdən istifadə etsəniz, mətbəx bir
az dar görünəcək.
Vintaj üslubunu sevənlər tünd qəhvəyi tonlara yönələ bilər.
Nanə yaşılı və tünd qəhvəyi də mətbəx üçün ideal rənglərdir.
Su yaşılı və açıq qəhvəyi tonlar mətbəxin sevimli görünməsi üçün uyğun rənglərdir.



publika.az