Azərbaycanda həftənin ilk iş gününün hava proqnozu açıqlandı
26.5.2014

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən verilən xəbərə görə, mayın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 16-20°, gündüz 26-31° , Bakıda gecə 18-20°, gündüz 28-30° isti olacaqdır.

Azərbaycan rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcəkdir. Temperaturun gecə 13-18°, gündüz 28-33° isti olacağı gözlənilir.

Gün.Az