Azərbaycanın 470 tələbə təhsil haqqından azad edilib
26.5.2014

Azərbaycanın ali məktəblərində təhsil alan 470 tələbə təhsil haqqından azad edilib.

Təhsil Nazirliyindən bildirilib ki, qəbul olunmuş qərara əsasən, Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər təhsil haqlarından azad olunublar.

2013-2014-cü tədris ilində dövlət və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələrin sayı 470 nəfər təşkil edir. Onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Gün.Az