Samsung şirkəti yeni smart-saat modeli istehsal etməyi qərara alıb. Bu saat sadəcə smartfonu tamamlamayacaq, hətta onu tamamən əvəz edəcək. Xronometrin vasitəsilə zəng etmək, şəkil çəkmək, GPS-dən istifadə etmək, hətta nəbzi belə ölçmək mümkün olacaq.
Koreyalıların yeni qacetinin hazırlanması haqqında şirkətin mənbələrinə istinadən The Wall Street Journal məlumat verib. Saat Samsung-un öz Tizen adlı əməliyyat bazasının əsasında işləyəcək və bir simkartla təchiz ediləcək. Qurğunun təxmini çıxış vaxtı bu ilin iyun/iyul aylarıdır.
Xatırladaq ki, “ağıllı” saatların bundan əvvəlki Samsung Galaxy Gear modeli qurğuya gələn məlumatları istifadəçinin qolundakı qurğuda göstərirdi. Bununla yanaşı, qiymətin yüksək və qurğunun müstəqil işləmə müddətinin aşağı olması ilə əlaqədar satışlar uğursuz oldu.
Hələ ki, yeni qurğunun vasitəsi ilə necə ünsiyyət qurulacağı, səsin qarniturla və ya saatı qulağa yaxınlaşdıraraq danışılacağı məlum deyil.
Oxu.az