Bakının mərkəzi küçələrindən biri on günlük təmirə bağlanıb
27.5.2014

Bu gün Bakının Həsən Əliyev küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməsinədək olan hissə artıq bağlanıb.

Hazırda ərazidə kommunikasiya xətlərinin qazılmış xəndəklərində kipləşdirmə işləri aparılır.

Bunu Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, həmçinin kommunikasiya quyularının dəmir-beton piltələri dəyişdirilir: “Bundan sonra isə frezlənmə üsulu ilə köhnə asfalt-beton örtüyü qaşınacaq və yeni asfalt-beton örtüyü salınacaq”.

Qeyd edək ki, bütün bu işlər 10 gün davam edəcək.

APA