Culiano Stronun 9, onun qardaşı Klaudiunun 7 yaşı var. Qardaşların dediklərinə görə, böyüyəndə bodibilder olmaq istəyirlər.
Balaca qardaşlar hər gün 2 saat məşq edir. Məşqlər çox ağırdır. Balacalar iki saat ərzində ağırlıq qaldırır, əzələlərini möhkəmlədirlər.
Rumın qardaşlar İtaliyanın Florensiya şəhərində yaşayırdılar.
Culiano və Klaudiunun ataları, 39 yaşlı Yulian Rumıniyanı tərk edərək İtaliyaya mühacirət edəndə iş yeri arayırdı. Lakin onun planları puç oldu və Yulian vətənə, Rumıniyaya qayıtdı.
Qayıdışdan bəri o, metal tullantıları yığıb təhvil verir, bu minvalla ailəsini dolandırır.
Yulian Stronun dediyinə görə, indi Britaniyaya mühacirət etmək fikrindədir.
"Herkules" adlandırılan balaca qardaşların əzələləri sanki dəmirdir.
Onlar balaca olsalar da, illərdən bəri məşq edən idmançılar sayıla bilərlər.
Culiano 90 dərəcəlik şaquli sızmalarda iki dünya rekordu vurub.
7 yaşlı Klaudiu isə yaşyarımlıqdan bəri ağırlıq qaldırır.
İkoana kəndində yaşayan Stro ailəsi məşhurlaşacağına, varlanacağına ümid edir.








Milli.Az