2013-cü il ərzində bütün dünya üzrə “Jumeirah Group”un 22 otelinə Azərbaycandan gələn turistlərin sayı əvvəlki ilə nisbətən 24% artıb.
Bu barədə Bakıda “Jumeirah Bilgah Beach Hotel”ində keçirilən mətbuat konfransında “Jumeirah Group”un korporativ əlaqələr və ictimai işlər üzrə vitse-prezidenti Pirs Şrayber bildirib.
Onun sözlərinı görə, bu ilin dörd ayında da artım tendensiyası hiss olunur.
“Belə ki, dörd ay ərzində dünyadakı Jumeirah otellərinə səfər edən azərbaycanlıların sayı 26 % artıb. Dubaydakı 8 “Jumeirah” otelinə səfər edənlərin sayında isə 32 % artım olub. Yeni bazarlarda otellər genişləndikcə, Azərbaycandan səfər edənlərin sayı artacaq”.
O qeyd edib ki, Azərbaycanda Jumeirah qrupun otelinin olması da ölkəyə yeni tursitləri cəlb edəcək.
“Azərbaycana mümkün qədər çox turist cəlb etmək siyasətimiz Azərbaycanın dövlət siyasətinə uyğundur”.
Gün.Az