Bakıda Jumeirah qrupun daha bir oteli açılacaq
27.5.2014

Bakıda, şəhərin içində dünyanın lüks otellər qrupundan olan Jumeirah qrupun oteli açılacaq.

Bu barədə Azinko şirkətinin baş direktoru Akif Həsənov bildirib.

A.Həsənov otelin tikintisinin Azinko şirkəti tərəfindən aparılacağını əlavə edib.

Lakin o otelin yerinin dəqiq müəyyənləşmədiyini qeyd edib.

Şirkətin baş direktorunun sözlərinə görə, hazırda danışıqlar aparılır, ilin sonunda isə otelin harada və necə olacağı müəyyənləşəcək.

Qeyd edək ki, hazırda Bilgəhdə “Jumeirah” qrupun “Jumeirah Bilgah Beach” oteli fəaliyyət göstərir. Bu otel 2012-ci ildə istifadəyə verilib.

Gün.Az