“Bu mənəm” adlı albomun təqdimatı olmuşdur - FOTO
29.5.2014

Mayın 27-də Baki Caz Mərkəzində “Bu mənəm” adlı albomun təqdimat mərasimi keçirilmişdir.

Təqdimatda “Bu mənəm” layihəsinin rəhbərləri Bəbir Bəbirov və Ülviyyə Bəbirli-Vəliyeva bildirmişlər ki, uşaq mahnılarından ibarət albomun buraxılmasının məqsədi bu mahnıları təbliğ etmək, istedadlı uşaqları dəstəkləməkdir.

Qeyd edilmişdir ki, uşaq ifalarından ibarət bu albom 1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə hazırlanmışdır. Alboma daxil olan mahnılar Azərbaycanın istedadlı balaca ulduzları, ölkəmizi “Junior Eurovision” mahnı müsabiqəsində təmsil edən uşaqlar, həmçinin bir çox müsabiqələrin qalibləri tərəfindən ifa olunmuşdur.

Tədbirdə həmçinin “Rəngarəng duyğular” uşaq rəsm studiyasının moda nümayişi olmuşdur.

Təqdimat konsert proqramı ilə davam etmişdir.

AzərTAc