Dünən
axşam Emin “World Music Awards 2014” çərçivəsində Monte-Karloda çıxış
edib və “ən yaxşı ifaçı” (Best Selling Artist) adını alıb. Qeyd edək ki,
Azərbaycanı həmçinin, məşhur müğənni Röya da təmsil edirdi.
Emin Azərbaycandan “World Music Awards” mükafatını alan ilk müğənnidir.
Monte-Karlonun məşhur idman klubunun
(Sporting Club of Monte Carlo) səhnəsindən Emin mükafatı dostu və
müəllimi Müslüm Maqomayevə həsr etdiyini söyləyib.
Musiqiçi eyni anda üç mükafata namizəd oldu,
onların arasında “Best Live Act” və “Best Male Performer” (“Ən gözəl
canlı ifa” və “Ən yaxşı artist”).
Mükafat çərçivəsində Eminlə yanaşı dünya
miqyaslı ulduzlar – Maraya Keri (Mariah Carey), Mayli Sayrus (Miley
Cyrus), Riki Martin (Ricky Martin), Florida (Flo-Rida), eləcə də həmin
gün “Best Selling Russian Artists” mükafatını alan Rusiya ifaçıları
Qriqori Leps və Timati də çıxış ediblər.
“WORLD MUSIC AWARDS” 70 dən çox ölkədə,
ABŞ-da praym-time “NBC” kanalında, Böyük Britaniya da isə “4’s Music TV”
musiqili kanalında nümayiş etdirilir.
“Mən ölkəmdən bu mükafatı alan ilk artist
olduğum, məndən başqa bu mükafatı alan dünya şöhrətli ulduzlarla bərabər
bu şouda iştirak etdiyim üçün xoşbəxtəm. Fikirləşəndə ki, Maykl Cekson
(Michael Jackson), Uitni Xyuston (Whitney Houston) kimi əfsanəvi
müğənnilər də bu mükafatı alıb, qürur duyursan. Mən bu mükafatı,
sayəsində müğənni olduğum Müslüm Maqomayevə həsr edirəm”, - deyə Emin
şərh edib.
Emin WMA-2014 çərçivəsində “AMOR” trekini
ifa edib. Meray Keri son on ildə musiqi sahəsində nailiyyətlərinə görə
“İcon Award” mükafatına layiq görülüb.
İyulda Emin Avropaya qayıdaraq Almaniya və
eləcə də 3 iyul tarixində keçiriləcək “Miss Austria”, müsahibəsi də
daxil olmaqla Avstriyada çıxış edəcək.
Qeyd edək ki, müğənni Röya da namizədlər sırasında olsa da, ifaçı mükafata layiq görülməyib.