Təmir işləri ilə əlaqədar mayın 26-da qismən məhdudlaşdırılan Bakı Dairəvi avtomobil yolu hazırda tam bağlanıb.
Bununla bağlı Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev açıqlama verib.
Onun sözlərinə görə, qeyd olunan yolun tam bağlanması nəzərdə tutulmasa da, bu addım məcburən atılıb:
“Bəzi sürücülərin yüksək sürətlə hərəkət
etməsi, o cümlədən bəzi sürücülərin səriştəsizliyi həmin ərazidə
qəzaların yaranmasına gətirib çıxardı. Buna görə də biz qərara aldıq ki,
gediş hissəni tam bağlayaq”.
“Azəryolsevis” rəsmisi sürücülərdən Xocasən-Lökbatan yolundan istifadə etməyi tövsiyə edib:
“Sürücülərin çoxu bildirirlər ki, gedərkən
“Sədərək” ticarət mərkəzinin daxili yolundan istifadə edərək, 50 qəpik
ödəniş edirlər. Lakin biz onlara alternativ yol kimi Xocasən-Lökbatan
yolundan istifadə etmələrini tövsiyə edirik. Belə ki, həmin yolda
sürücülər Lökbatan istiqamətindən aşağı düşüb, dairəvi qovşaqla düz
hərəkət etməklə Lökbatan-Xocasən yoluna çıxa və Astara-Qazax
istiqamətində yollarına davam edə bilərlər. “Sədərək” ticarət mərkəzinin
yoluna keçməyə ehtiyac yoxdur”.