Tarixin ən böyük turist qrupu
29.5.2014

Çindən Los-Ancelesə tarixin ən böyük turist qrupu səyahət edib.

Qrupa 6 min nəfər daxildir və onların daşınması üçün 70 aviareys tələb olunub.

Bu tur “Perfect” ticarət şirkəti tərəfindən pulsuz təşkil olunub. Bu şirkət artıq öz əməkdaşları üçün Kanada, Avstraliya, Tailand, Malaziya və Honkonqa səyahətlər təşkil edib.

ABŞ Dövlət Departamentinin məlumatına görə, ötən il ölkəni 1,8 milyon çinli ziyarət edib. Hər bir turist orta hesabla 10 min dollar xərcləyib.

Gün.Az