Qoç - Gününüz uğursuz başlayır. Yaxınlarınızla, yaxud rəhbərliklə mübahisələr gözlənilir, iş ortaqlarınızla ciddi fikir ayrılıqları olacaq. Hiss edirsiniz ki, tək qalmısınız, bu isə sizi əzir. Bəzi planlarınız həyata keçirilməmiş qalır: yeganə səbəb isə odur ki, onların öhdəsindən təkbaşına gələ bilməyəcəyinizi düşünürsünüz. Amma nahaq yerə.
Axşama doğru orijinal ideyalarınız yaranacaq. Onları həyata keçirmək üçün özünüzdə cəsarət və qətiyyət tapacaqsınız. Günün sonu romantik görüşlər, sevgilinizlə ünsiyyət üçün əladır.
Buğa - Bu gün dünənkindən çox fərqlidir. Səhərdən axşama qədər uğur sizə yol yoldaşı olacaq. Nə qədər çox iş görsəniz, bir o qədər çox nailiyyətiniz olacaq. Yeni işlərə də başlaya bilərsiniz, çoxdan yarımçıq qoyduqlarınızı da bitirmək imkanınız var.
Ünsiyyət üçün əla gündür: dostlarınızı sevindirmək üçün imkanlardan yararlanacaq, sevgilinizə dayaq olacaqsınız. Valideyn Buğalar uşaqlarla yaxşı dil tapırlar, yaşlı nəslin nümayəndələri ilə də ciddi fikir ayrılığı yaşanmır. İstənilən ailə tədbirləri yaxşı keçəcək.
Əkizlər - Xırdalıqlara qarşı çox diqqətlisiniz, hətta ifrat dərəcədə diqqətli: yerində olmayan bir boşqab belə sizi özünüzdən çıxara bilər. Yəni fikirləşirsiniz ki, bu minvalla ətrafdakılarla ünsiyyətinizi yaxşı adlandırmaq olar? Hərdən özünüz də başa düşürsünüz ki, həddi aşırsınız, amma təəssüf ki, bu hiss sizdə çox gec yaranır - dava başlanandan sonra.
Axşam vəziyyət düzələcək: başınız maraqlı bir məsələnin həllinə qarışacaq. Bir qədər səbrli olsanız, uğur əldə edə bilərsiniz.
Xərçəng - Xırda uğursuzluqlar, anlaşılmazlıqlar sizə maneələr yaradacaq. Gecikmələr sizi çox əsəbləşdirir, bəzən hirsinizi saxlaya bilmirsiniz və nəticədə çox rəğbət bəslədiyiniz insanları özünüzdən küsdürürsünüz. Bu günə vacib iş planlaşdırmısınızsa, onu təkbaşına görməyə çalışın, belədə, fikrinizi daha yaxşı cəmləyir və lazımi nəticəni əldə edirsiniz.
Günün ikinci yarısı kütləvi çıxışlar, təqdimatlar və konfranslar üçün daha münasibdir. Auditoriyanı gözəl hiss edir və onu bacarıqla idarə edirsiniz.
Şir - Çox uğurlu gündür. Cazibədar və mehribansınız, yetəri qədər inadcıl, hazırcavab, hədsiz istedadlısınız - əlbəttə ki, bu keyfiyyətlərinizin sayəsində lazımi adamlarda lazımi təəssürat yaratmaq heç də çətin deyil. Hətta ən çətin məsələləri şən, nikbin əhval-rühiyyə ilə müzakirə edir və bununla opponentlərinizə çıxış yolu qoymursunuz: onlar qeyd-şərtsiz təslim olurlar.
Axşam da gözəldir. İstənilən məşğuliyyət faydalı olacaq: istər tədbirə qatılın, istərsə də romantik görüşə gedin, xoş təəssüratlara zəmanət verilir.
Qız - Birmənalı gün deyil. Şərait sizinçün elə də yaxşı deyil, amma siz yeganə düzgün çıxış yolunu seçərək ona uyğun hərəkət edirsiniz. Bu səbəbdən maneələri dəf etməyi bacarırsınız. İstənilən sənədin hazırlanmasında, sərhəd keçərkən, valyuta dəyişdirərkən diqqətli və ehtiyatlı olun.
Günün ikinci yarısı şəxsi həyatınızda yaxşılığa doğru dəyişiklik edə bilərsiniz. Bu şansınızı qaçırmayın: bu elə bir təsadüfdür ki, xırdaca cəhd göstərərək çox böyük nəticə əldə etmək olar. Gün kompüter, telefon və digər bu kimi texnikanın alınması üçün münasibdir.
Tərəzi - Hər şey yaxşıdır. Enerjili, işgüzarsınız, yorulmaq bilmirsiniz - rəqibləriniz nəinki sizi qabaqlamır, heç sizə çata bilmirlər. İşgüzar danışıqlar məhsuldardır: uzun müddət dil tapa bilmədiyiniz insanlarla da ortaq məxrəcə gələcəksiniz. Fikir ayrılıqları qalsa da, dialoqu konstruktiv məcraya yönəltmək mümkün olacaq.
Yaradıcı qabiliyyətləriniz parlaqdır. Şəxsi cazibəniz də diqqətdən kənarda qalmayacaq: xeyli kompliment eşidəcəksiniz Yeni eşq macərası istəyirsiniz? Azacıq təşəbbüs göstərin, hər şey çox əla alınacaq.
Əqrəb - Narahatlıq üçün heç bir əsas yoxdur, sevinib şənlənmək üçün isə səbəblər çox olacaq. Nəsə pis alınır, nəsə həddən artıq yaxşı. Ətrafınızdakılar sizin uğurlarınıza sizinlə birlikdə sevinəcəklər. Həmkarlarınız və rəhbərliklə münasibətləriniz çox yaxşıdır, iddialı Əqrəblər karyerada irəliləyə bilərlər.
Amma xam xəyallar qurmağa çox aludə olmayın. Tez-tez ayağınızın altında torpağın olub-olmadığını yoxlayın: yerdə də xeyli maraqlı hadisə baş verir. Yeni eşq macərasına başlamaq olar: istənilən adamı başdan çıxarmaq gücündəsiniz, ehtiyatı əldən verməyin.
Oxatan - Müsbət tendensiyaların təsiri artır, işgüzarsınız, uğurlarınız daha ciddi olur. Gün təkmilləşdirmə, optimallaşdırma üçün yaxşıdır: əlinizdə olanları yaxşılaşdırmaq sizdə daha yaxşı və tez alınır, nəinki sıfırdan başlamaq. Əməkdaşlıq məhsuldar olacaq, amma liderliyin məhz sizə yox, ortağınıza həvalə olunduğunu öyrənəndə bir qədər kədərlənəcəksiniz.
Özünüzün yaradıcı qabiliyyətlərinizə layiqli tətbiqat sahələri tapacaqsınız. Həyatınızı yaxşılaşdırmaq, yaxud əzizlərinizi sevindirmək imkanınız var. Əyləncələr fikirləşib tapmaq və insanlara müsbət emosiyalar bəxş etmək sizdə yaxşı alınır.
Oğlaq - Bu gün məntiqinizə çox güvənir və bu səbəbdən bir çox məsələlərin öhdəsindən asanlıqla gəlirsiniz. Emosiyaları bir kənara itələyib, diqqətinizi işə yönəldə, bütün amilləri nəzərə alaraq, detalları xırdalıqlarına qədər incələyə bilirsiniz. Yaxşı uğurlar qazana bilərsiniz, amma bu zaman özünüzə qarşı bir qədər sərt olun: azacıq tənbəllik etsəniz, öz gücünüz əvəzinə təsadüfə və şansınıza güvənsəniz, bütün işləriniz korlanacaq.
Yaxınlarınızla ünsiyyətdə diqqətli olun. İş burasındadır ki, sizin yumşaq hesab etdiyiniz tənqidi fikirləriniz başqalarına heç də belə görünmür, nahaqdan kimisə incidə, küsdürə bilərsiniz.
Dolça - Bu gün həmfikirlər, dost və pərəstişkarlar tapa bilərsiniz. Ünsiyyət dairəniz sürətlə genişlənir və bu sizi sevindirir. Əvvəllər faydasız hesab etdiyiniz əməkdaşlığa aid məsələləri müzakirə edə bilərsiniz: artıq şərait dəyişib və birgə işlərə başlamaq olar.
Günün ikinci yarısını ziyafətlərdə keçirmək olar. Burada siz həm özünüz şənlənəcək, həm də ətrafınızdakıların əhvalını qaldıracaqsınız. Yaxınlarınızı sürprizlə sevindirmək şansınız var. Planlaşdırılmamış səfərlər mümkündür və onlar da sizdə xoş təəssüratlar yaradacaq.
Balıqlar - Bu gün ağlınıza gələn planların bir çoxunu reallaşdırmaq mümkün olmayacaq. Bunda siz günahkar deyilsiniz, sadəcə, şərait belə gətirib. Amma ətrafınızdakılar bunu başa düşmək istəmir və bütün günahları sizdə görürlər. Təbii ki, belə bir şəraitdə xoş ünsiyyətdən söhbət gedə bilməz.
Ən yaxın adamınızın dəstəyi isə sizi sevindirəcək. Düzdür, o sizinlə tam razı deyil, amma sizin tərəfinizdə olduğunu hər cür sübut etməyə çalışacaq. Bir çox Balıqlar bu gün həyatlarında bəzi şeyləri kökündən dəyişmək qərarına gələcəklər, amma yaxşı olar ki, bu işdə tələsməyəsiniz, çox dəyərli bir şeyi itirə bilərsiniz.
Milli.Az