Yayın ən dəbli şifon şalvarları - FOTOLAR
29.5.2014

Mövsümün ən önəmli trendlərindən biri də enli və şifon parçalardan tikilən şalvarlardır. Dar şalvarlar və cinslər artıq neçə ildir ki, qadın qarderobunu işğal edib. Lakin enli və boş şalvar onları dəbdən sıxışdırıb çıxarmaqda olduqca iddialıdır. Belə ki, yay aylarında şifon parçalardan tikilən enli, boş şalvarlar dəbdə olacaq. Bəs bu zərif modeli nə ilə uyğunlaşdırmaq lazımdır?

70-ci illərin dəbindən ilham alın  – Enli şalvarlar  70-ci illərdə olduqca dəbdə idi. Bu modelləri retro stilindən ilham alaraq geyinə bilərsiniz. Volanlı papaqlar,  tanketka ayaqqabılar  bu eleqant şalvarlara çox yaraşır.

Qısa üst geyimlərlə   Bu mövsüm pencək boyları getdikcə qısalır. Mini pencək və jaketləri enli şalvarlarla birləşdirin. Qısa, dəri gödəkçələr də onlarla çox yaraşır.

Kişi tərzinə uyğunlaşdırın  - Zərif şalvarları bleyzerlə tamamlaya bilərsiniz. İş xanımları, yaxud ciddi iş görüşlərində bu tərzdə geyinə bilərsiniz.

Qısa köynəklərlə  –  Yüksək belli olduğu üçün qısa köynəklərlə çox yaraşır. Mövsümün iki trendini birlikdə istifadə edə bilərsiniz.

Qalın dabanlı ayaqqabılarla birləşdirin   Ayaqqabı seçimində zərif yox, daha çox kobud modellərə üstünlük verin. Xüsusən də qalın dabanlı ayaqqabılarla mükəmməl görünür. Balacaboy xanımlar üçün  ideal seçimdir. Lakin hündürboy  xanımlar da altı düz ayaqqabılarla geyinə bilərlər.

İncə köynəklər   Bu şalvar modellərini gipürdən hazırlanan köynəklərlə  birləşdirmək şansınız var. Zərif bir köynək, “V” yaxalıqlı bluz, ya da incə asqılı köynək ola bilər.



publika.az