67-cı Kann kinofestivalında iştirak
edən dünya ulduzları yayın ən trend aksessualarını müəyyənləşdirib.
Publika.Az-ın qadın bölməsi bu festivalda ən çox yadda qalan, bəyənilən
aksessuarları seçib.
67-ci Kann kinofestivalında qırmızı xalı üzərində dəb yarışına çıxan
xanımlar aksessuarları ilə göz qamaşdırıblar. Dünya ulduzlarının axın
etdiyi festival həmişəkindən daha parlaq məqamlarla yadda qalıb. Onların
bahalı brendlərə məxsus olan libaslarından daha çox fərqli və orijinal
aksessuaları müzakirə mövzusu olub. Onların çoxu “Chopard” imzasına
məxsus olan aksessuarlara üstünlük veriblər.
Tanınmış model Arlenis Sosa “Chopard”imzalı damla sırğasını qızılı
rəngli iddialı libası ilə uyğunlaşdırıb. Hollivudun ən eleqant
xanımlarından biri hesab olunan Blake Lively isə dağınıq hörülmüş saçını
dərin sinə dekoltesi olan zoğalı libasına uyğunlaşdırıb. Libası ilə
eyni rəngdə olan sırğaları olduqca diqqət çəkir.

publika.az